11:05
140
Bu gündən 2026-2027-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə boş qalan plan yerləri üçün tələbə qəbulunun III-sonuncu mərhələsinə start verilir.
Bu barədə APA-ya Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, bu mərhələdə ilk iki mərhələdə uğursuz nəticə göstərən və ya ümumiyyətlə daha öncə müraciət etməyən şəxslər müraciət edə bilərlər. Daha öncə hər hansı peşə təhsil müəssisəsinə qəbul olan və sənədlərini təsdiq edən şəxslər bu mərhələdə ixtisas dəyişilməsi məqsədilə müraciət edə bilməzlər.
11 sentyabr tarixindən etibarən müraciətçilər elektron qaydada portal.edu.az saytına daxil olmaqla açıq olan vakant yerlərə müraciətlərini göndərə biləcəklər. Boş qalan yerlərə sənəd qəbulu 14 sentyabr saat 12:00-dək davam edəcək.
10:44
336
10 Sentyabr 18:06
1 001
10 Sentyabr 17:14
980