09:38
308
“Azərbaycan və Qazaxıstan arasında Xəzər dənizi üzərindən sərnişin daşımalarının “Kurık–Bakı–Kurık” bərə xəttinin bərpa edilməsi barədə razılığa gəliblər. Bu qərar hər iki ölkə arasındakı iqtisadi, nəqliyyat və mədəni əlaqələrin dərinləşməsi baxımından mühüm əhəmiyyət daşıyır”.
Bunu xalqcebhesi.az-a Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
Deputatın sözlərinə görə, bu qərar həm də Orta Dəhlizin nəqliyyat potensialını gücləndirəcək: “Beləliklə, sərnişin daşımaları yalnız hava yolu ilə məhdudlaşmayacaq, dəniz və dəmir yolu infrastrukturları ilə inteqrasiya olunaraq vahid və daha effektiv tranzit zənciri yaradacaq. Dəniz reysləri hər iki ölkə arasında turist axınını da əhəmiyyətli dərəcədə artıracaq. Sərnişin daşımaları dayandırılana qədər bu marşrutdan ildə təxminən 1500 sərnişin istifadə edirdisə, bərpadan sonra həm Azərbaycandan Qazaxıstana, həm də əks istiqamətdə səyahət etmək istəyən insanların sayının daha çox olacağı gözlənilir. Bu, regionda mədəni əlaqələri və insanlararası təmasları, humanitar əlaqələri stimullaşdıracaq”.
M.Cəfərov sonda bildirib ki, Qazaxıstan tərəfinin irəli sürdüyü bu təklif Azərbaycan tərəfindən tam dəstəklənib və hazırda hər iki ölkənin nəqliyyat qurumları reyslərin ən qısa zamanda işə düşməsi üçün texniki koordinasiya işlərinə başlayıblar.
Röya İsrafilova
09:39
301
10 Sentyabr 19:15
945
10 Sentyabr 11:29
1 295