Körfəz ölkələri və İran Omanda Hörmüzlə bağlı sövdələşməni müzakirə edəcəklər
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilk dəfə azad edilmiş ərazilərə səfər edib
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
İran və Pakistan Yaxın Şərq üzrə danışıqlara qayıdışı müzakirə ediblər
11:27
210.jpg)
Polşanın xarici işlər naziri Radoslav Sikorski Kiyevə gəlib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Ukrinform" agentliyi məlumat yayıb.
Lakin Vladimir Zelenski hazırda Ukraynada deyil, Kanadada səfərdədir.
Ukrayna və Polşa arasında münasibətlər Kiyev tərəfindən nasist cinayətkarlarının qəhrəmanlaşdırılması fonunda növbəti dəfə gərginləşib. Mayın sonunda Vladimir Zelenski Kiyev vilayətində OUN-UPA rəhbərlərindən biri Andrey Melnik və həyat yoldaşının cəsəd qalıqlarının yenidən dəfn olunması mərasimində iştirak edib. Həmçinin Zelenski Ukrayna Silahlı Qüvvələrinin bölmələrindən birinə "UPA qəhrəmanları" adını verib. Bundan sonra Polşa Prezidenti Karol Navrotski Zelenskini Polşanın ali mükafatı olan "Ağ Qartal" ordenindən məhrum edib.
Məryəm Quliyeva