İran və Pakistan Yaxın Şərq üzrə danışıqlara qayıdışı müzakirə ediblər Dünya

İran və Pakistan Yaxın Şərq üzrə danışıqlara qayıdışı müzakirə ediblər

İranın xarici işlər naziri Abbas Əraqçi və Pakistan ordusunun baş komandanı Asim Munir telefon danışığı zamanı Yaxın Şərqdəki münaqişənin gərginliyini azaltmaq üçün diplomatik səylərin bərpası yollarını müzakirə ediblər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Pakistanın təhlükəsizlik sahəsindəki mənbəyinə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, danışıq cümə axşamı baş tutub. Söhbətdə əsas diqqət İran ətrafındakı münaqişəyə, danışıqlar prosesinə qayıdış imkanlarına, həmçinin husilərin hücumlarına yönəldilib.

Məryəm Quliyeva