“Rəsmi məlumat əldə etmək mümükün deyil” Siyasət

“Rəsmi məlumat əldə etmək mümükün deyil”

Erməni hərbi ekspert: “Aprel döyüşləri ilə bağlı çox şey hələ də gizli saxlanılır”

“Aprel döyüşləri ilə bağlı faktların araşdırılması Serj Sarkisyana qarşı yönəlmiş olacaq, hakimiyyət bu vaxtadək niyə ona qulluq edirdi?”.

Bu sözləri erməni hərbi ekspert Mher Hakobyan Ermənistan Baş naziri Nikol Paşinyanın bəyanatına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, artıq indi bu topanı dağıtmağa siyasi iradə var və bu öz hakimiyyətlərini möhkəmlətmək naminə olsa da, edilməlidir.
“Aprel döyüşlərindən sonra istintaq aparılmadı. Yalnız aparılan istintaq korrupsiyanın orduya təsir səviyyəsini müəyyən edə bilərdi. Aprel döyüşləri ilə bağlı çox şeylər hələ gizli qalıb ki, bunlar haqqında nə rəsmi, nə də qeyri-rəsmi məlumat yoxdur. Çox sənədlər məxfi saxlanlır, ona görə də, rəsmi məlumat əldə etmək mümükün deyil. Qeyri-rəsmi məlumat isə ola bilsin heç məlum olmayacaq”, - deyə erməni ekspert bildirib.
Hakopyan qeyd edib ki, aprel döyüşlərinin hələ yeni olduğu və korrupsiyanın orduya necə təsir etdiyini demək hələ tezdir: “Siyasi rəhbərlik baş verənləri araşdırmağa iradə nümayiş etdirirsə, obyektiv istintaq aparılmalıdır. Prosesi tezləşdirmək lazımdır, vaxt geçdikcə məlumat köhnəlir. İndiyədək siyasi maneələr səbəbindən aprel döyüşləri barədə istintaq araşdırması aparılmırdı. 2016-cı ildə hər hansı bir şeyin üzə çıxması nəticəsində siyasi rəhbərlik əlverişsiz vəziyyətə düşə biləcəyindən ehtiyat edirdi. İndiki hakimiyyət də araşdırma zamanı müəyyən maneələrə rast gələ biləcəyini qeyd edir”.
“Yeni Ermənistan” vətəndaş hərəkatının rəhbərliyində təmsil olunan Andreas Quqasyan isə qeyd edib ki, belə bir komissiyanın çoxdan yaradılmamasının səbəbi hakimiyyətin “daxili mətbəx”i ilə əlaqəli olub.
“Məlumdur ki, aprel döyüşləri ilə bağlı üzə çıxacaq informasiyalar Serj Sarkisyana qarşı olacaq. Çox ehtimal ki, bu günədək Serj Sarkisyana qarşı yönəlmiş addımlar atmaq mümkün olmayıb. Göründüyü kimi, “1 Mart” hadisələri, korrupsiya faktları ilə bağlı Sarkisyana qarşı hər hansı bir ittiham irəli sürülməyib. Bu sualın cavabı hakimiyyət dəyişikliyi mətbəxindədir. Yəqin, Sarkisyanın qan tökmədən, güc tətbiq etmədən hakimiyyəti təhvil verməsi yüksək qiymətləndirilib. Hesab edilir ki, aprel döyüşlərinin qaranlıq məqamlarına bu komissiyanın fəaliyyəti nəticəsində aydınlıq gətirmək mümükün olacaq”, - deyə Quqasyan bildirib.
Qeyd edək ki, Ermənistanda məhkəmə hüquq sistemində islahatlar haqqında danışarkən Nikol Paşinyan qeyd edib ki, 2016-cı ilin aprel döyüşlərinin araşdırılması üçün parlament komissiyasının yaradılmasının zamanı yetişib.