TDT Baş katibi: Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır Siyasət

TDT Baş katibi: Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır

Bu toplantı bizim xalqlarımız üçün çox tarixi əhəmiyyət daşıyır.

Bunu Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

“Bu, təkcə bizim dilimiz və əlifbamız məsələsi deyil, bu, gələcək nəsillərin ən böyük mirasıdır. Babalarımızın vaxtilə burada - Bakı şəhərində keçirdiyi tarixi qurultayı xatırlayırıq. Yüz ildən sonra biz həmin tarixi qurultayın yubileyini qeyd edirik. Xatırladım ki, 100 illik yubiley tədbirinin əsası ötən il Qəbələ sammitində möhtərəm Prezident İlham Əliyevin təşəbbüsü ilə qoyulmuşdu”, - TDT Baş katibi vurğulayıb.