“Gürcüstan da Qarabağ müharibəsinə cəlb oluna bilər” Siyasət

“Gürcüstan da Qarabağ müharibəsinə cəlb oluna bilər”

Areşidze: "Ermənistan da öz növbəsində Azərbaycandan Gürcüstana gələn enerji layihələrinə qarşı çıxır"

"Gürcüstan birbaşa və ya dolayısı ilə münaqişəyə cəlb olunacaq". Axar.az xəbər verir ki, gürcü ekspert Mamuka Areşidze Ermənistan və Azərbaycan arasında cəbhə xəttində baş verən gərginləyə toxunub.
Onun sözlərinə görə, baş verəcək müharibə regionun inkişafına mənfi təsir göstərəcək: "Birinci Qarabağ müharibəsini xatırlasaq, Gürcüstanın da bu müharibəyə sonradan cəlb olunduğunu görə bilərik. Müharibə başlayarsa, Gürcüstan hər iki tərəfdən qaçqınlar qəbul etmək məcburiyyətində qalacaq. Gürcüstan ərazisində də təxribatların həyata keçirməsi də istisna deyil. Azərbaycan qaz boru kəmərinin Ermənistan ərazisindən keçməsinə qarşıdır. Ermənistan da öz növbəsində Azərbaycandan Gürcüstana gələn enerji layihələrinə qarşı çıxır".
Politoloqun sözlərinə görə, müharibə olarsa, Gürcüstanda hər iki xalqın nümayəndələrinin yaşaması onlar üçün faciəyə səbəb olacaq: "Gürcüstanda hər iki xalqın nümayəndəsi yaşayır. Müharibə başlayarsa, etnik zəmində Gürcüstanda yerli münaqişələrin baş verməsi də qaçılmaz olacaq. Ən önəmlisi bölgənin iqtisadi vəziyyətinin yüksəlişi sona çatacaq. Gürcüstan doğrudan və ya dolayısı ilə müharibəyə qoşulmuş olacaq və hökumət üçün hər hansı bir şey etmək çətinləşəcək".