Nikol “Sorosun uşağı”nı Saakyanın yerinə gətirir Siyasət

Nikol “Sorosun uşağı”nı Saakyanın yerinə gətirir

Qondarma Qarabağ rejimində 2020-ci ildə baş tutacaq “prezident seçkisin”də “xarici işlər naziri” Masis Mailyan iştirak edəcəyini artıq təsdiqləyib.
Bu məlumatı “Joxovurd” qəzeti yayıb. Məlumata görə, hazırda Paşinyanın qondarma rejimin keçmiş “baş naziri” Araik Arutyunyana simpatiyası olmasına rəğmən, İrəvan üçün indiki dönəmdə əsas favorit Masis Mailyan sayılır:
“Masis Mailyan Ermənistan hökumətinin bir qanadının favoritinə çevrilib. Belə ki, hakim komandanın bir çox deputatı və hətta vətəndaş sektorundan vəzifəyə gələnlər Mailyanla birgə Soros Fondundan pul alan təşkilatda olublar”.