ÜST koronavirusla mübarizədə Azərbaycanda görülən yeni hazırlıq işlərini müsbət qiymətləndirib Siyasət

ÜST koronavirusla mübarizədə Azərbaycanda görülən yeni hazırlıq işlərini müsbət qiymətləndirib

"Azərbaycan beynəlxalq səyləri dəstəkləyir, xarici siyasətdə qlobal həmrəylik hər zaman vacib prinsip olub".
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
H. Hacıyev bildirib ki, bugünkü qlobal şəraitdə də Azərbaycan xarici siyasətdə beynəlxalq həmrəyliyi dəstəkləyir: "Azərbaycan koronavirusla mübarizədə ÜST-lə səmərəli əməkdaşlıq edir. Artıq bu əməkdaşlıq yeni müstəviyə qədəm qoyub. Azərbaycan tərəfindən ÜST-ün ekspert qrupu Azərbaycana dəvət edilib, aidiyyəti qurumlarla müzakirədə onlar görülən işləri yüksək qiymətləndiriblər".
H.Hacıyev deyib ki, bu yaxınlarda ÜST-ün baş direktoru tərəfindən Azərbaycan Prezidentinə ünvanlanan məktubda virusla mübarizədə görülən işlər nümunəvi hesab olunub: “Bu gün də ÜST tərəfindən verilən yeni bəyanatda Azərbaycanda görülən yeni hazırlıq işləri müsbət qiymətləndirilib”.