İƏT XİN başçılarının video-konfrans formatında fövqəladə iclası keçiriləcək Siyasət

İƏT XİN başçılarının video-konfrans formatında fövqəladə iclası keçiriləcək

Aprelin 22-də İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Xarici İşlər nazirlərinin video-konfrans formatında fövqəladə iclası keçiriləcək.
Bu barədə APA-nın yerli bürosuna Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Bildirilib ki, iclas Türkiyənin təşəbbüsü əsasında baş tutacaq.
İclasda yeni növ koronavirusla (COVID-19) mübarizə çərçivəsində İƏT-ə üzv ölkələr arasında əməkdaşlıq və pandemiyaya qarşı birgə tədbirlərin aparılması məsələləri müzakirə ediləcək.