Çin Şanxay sahillərindən "İnli-1" raketi ilə 9 peyki orbitə çıxardı
Sırski Ukrayna Silahlı Qüvvələrinin baş komandanı postundan getdiyini açıqlayıb
Nyu-York meri Mamdani Netanyahunu BCM-in orderi ilə həbs edə bilməyəcəyini etiraf edib
İranla münaqişədə həlak olan ABŞ hərbçilərinin sayı 18-ə çatıb
Su obyektlərinin dövlət monitorinqini aparacaq qurumlar müəyənləşib
18 İyul 2020 12:18
2 142
Latviyadakı Azərbaycan icmasının üzvləri, bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarımız Ermənistanın Azərbaycanla dövlət sərhədində törətdiyi hərbi təxribatlara etiraz olaraq aksiya keçiriblər.
AZƏRTAC xəbər verir ki, aksiya çərçivəsində əvvəlcə həmvətənlərimizin avtomobil karvanından ibarət etiraz yürüşü təşkil olunub. Üzərində Azərbaycan bayrağının, “Erməni təcavüzünə son!”, “Qarabağın işğalına son!” şüarlarının olduğu avtomobillər Riqa şəhərinin mərkəzi küçə və prospektləri boyunca hərəkət edib.
Sonra Azərbaycanın Latviyadakı səfirliyi qarşısında toplaşan aksiya iştirakçıları səfir Cavanşir Axundovla görüşüblər. Ölkəmizə qarşı həyata keçirilən hərbi təcavüz və erməni təxribatları ilə əlaqədar dövlətimizlə həmrəylik ifadə edən soydaşlarımız doğma Vətənimizin müdafiəsinə daim hazır olduqlarını söyləyiblər.
Səfir Cavanşir Axundov nümayiş etdirilən yüksək vətənpərvərliyə və həmrəyliyə görə soydaşlarımıza təşəkkür edib. Xalqımızın və dövlətimizin Azərbaycan ərazilərinin hərbi işğalı ilə heç zaman barışmayacağını qeyd edən səfir torpaqlarımızın qısa zamanda erməni təcavüzkarlarından azad ediləcəyinə əmin olduğunu söyləyib.
Çıxışına Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin “Azərbaycanın güclü dövlətdir və onun güclü ordusu var” sözləri ilə davam edən səfir ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bütün dünya ictimaiyyəti tərəfindən tanındığını diqqətə çatdırıb.
Sonda həmvətənlərimiz milli ordumuzda qulluq etmək üçün səfirliyə müraciət ediblər.
Səfir Cavanşir Axundov soydaşlarımızın bu fədakar addımlarını yüksək qiymətləndirib.
21 İyul 22:44
1 813
21 İyul 21:21
1 890
21 İyul 20:50
1 253




