Sırski Ukrayna Silahlı Qüvvələrinin baş komandanı postundan getdiyini açıqlayıb Dünya

Sırski Ukrayna Silahlı Qüvvələrinin baş komandanı postundan getdiyini açıqlayıb

Oleksandr Sırski Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vəzifəsindən getdiyini təsdiqləyib və ordunu "hücum vəziyyətində" tərk etdiyini bəyan edib.

Xalqcebhesi.az xəbər verir ki, müvafiq paylaşım onun "Telegram" kanalında yerləşdirilib.

"Bu gün mən Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vəzifəsindən ayrılıram. Mən xələfimə yalnız müdafiə olunan deyil, həm də hücum vəziyyətində olan ordu təhvil verirəm", — deyə Sırski yazıb.

Bununla belə, onun sözləri Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumatları ilə təkzib olunur. Həmin məlumatlara əsasən, Xüsusi Hərbi Əməliyyat zonasında Rusiya qoşun qruplaşmalarının hərəkətləri nəticəsində USQ hər gün təxminən 1,5 min hərbi qulluqçu itirir. Belə ki, hərbi ekspert Andrey Maroçkonun iyulun 20-nə olan məlumatına görə, USQ bir həftə ərzində 10 mindən çox əsgər və muzdlu itirib. Bundan əlavə, Rusiya Müdafiə Nazirliyi müntəzəm olaraq yaşayış məntəqələrinin Ukrayna qoşunlarından azad edilməsi barədə məlumat verir.

Məryəm Quliyeva