11:38
679
Çin çərşənbə günü Şanxay sahili sularından "İnli-1" (Gravity-1) kommersiya daşıyıcı raketini uğurla buraxıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.
Raketin buraxılışı Pekin vaxtı ilə saat 10:54-də (Bakı vaxtı ilə 06:54-də) həyata keçirilib. Raket doqquz peyki nəzərdə tutulan orbitlərə çıxarıb və uçuş sınaqları tam uğurlu hesab edilib.
"İnli-1" daşıyıcı raketinin debüt buraxılışı 2024-cü ilin yanvarında baş tutmuşdu.
Məryəm Quliyeva