Azərbaycan bu il 10-dan çox ölkəyə 2 mln. tondan artıq neft ixrac edib - SİYAHI
İsrail "Bəsic" qüvvələrinin komandirini məhv etdiyini açıqlayıb
Dövlət şirkətlərinin vəsaitindən təyinatı üzrə istifadə etməməyə görə cəzalar müəyyənləşir
Vyanada dələduzluqla mübarizə üzrə qlobal sammit işə başlayıb
“Rusiyanın müvafiq dövlət orqanları ilə iş aparılmalıdır”-millət vəkili
18 Sentyabr 2020 14:08
2 681
1988-ci il 18 sentyabr tarixində Azərbaycanın Xankəndi şəhərində Ermənistan xüsusi xidmət orqanlarının azərbaycanlılara qarşı həyata keçirdikləri kütləvi terror hadisələrindən bu gün 32 il keçir.
Azərbaycanın Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icmasından verilən məlumata görə, təssüflər olsun ki, sonradan Ermənistan tərəfindən ərazilərmizin davamlı işğalı, xalqımıza qarşı həyata keçirilən soyqırımlar fonunda 1988-ci ildə Xankəndində baş verən hadisələri bir qədər arxa planda qalıb.
Azərbaycanın Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icması olaraq tarixin bu qaranlıq səhfəsinə yenidən işıq salmağı, Xankəndində erməni təcavüzünə məruz qalan insanların həyat hekayələrindən ibarət məlumat bazası formalaşdırmağı qarşısına məqsəd qoyaraq “Xankəndi talanları” adlı yeni bir kampaniyaya start verib. Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri QSC-nin texniki dəstəyi ilə lentə alınan video çarxlar sosial medianın tələblərinə uyğun olaraq hazırlanır.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması “Xankəndi talanları ” kampaniyası çərçivəsində növbəti video çarxı təqdim edir. Bu video çarx Xankəndi şəhərinin sakini Telli Mirzəyevanın ağrılı həyat hekayəsindən bəhs edir.