17 Oktyabr 2020 11:11
2 072
Ermənistan müharibə cinayəti törətməyə, mülki şəxsləri öldürməyə davam edir.
Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
M.Çavuşoğlu bildirib ki, Ermənistan uşaq-qadın demədən məsum insanları öldürür. Bu cinayətlərə səssiz qalmaq bu cinayətlərə ortaq olmaq deməkdir. İnsanlıqdan xəbəri olmayanlar bu cinayətlərin hesabını verəcək: "Can Azərbaycan daim yanındayıq".