08:49
406
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, noyabrda keçiriləcək Konqresə aralıq seçkilərində Respublikaçılar Partiyası məğlub olarsa, Demokratlar ona impiçment elan edəcəklər.
Xalqcebhesi.az xəbər verir ki, Tramp Oklahomada tərəfdarları qarşısında çıxışı zamanı seçiciləri Respublikaçılar Partiyasına səs verməyə çağırıb.
"Və bu seçkilərdə mən sizdən xahiş edirəm. Mən siyahıda olanda hər şey çox yaxşı alınır. Mən siyahıda olmayanda isə insanlar səs verməyə o qədər də fəal getmirlər. Xahiş edirəm, elə fərz edin ki, namizədliyimi sürmüşəm. Sadəcə elə fərz edin. Və əgər biz qalib gəlməsək, onlar (demokratlar) sonda mənə impiçment elan edəcəklər”, - Tramp bildirib.
Məryəm Quliyeva