Həlak olan minatəmizləyənlərin valideynləri, həyat yoldaşları və övladları üçün güzəşt müəyyənləşib
İsrail "Flydubai" insidenti ilə bağlı Səudiyyə Ərəbistanından tam məlumat ala bilmir
Prezident İlham Əliyev: Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir, Prezident çıxış edib - YENİLƏNİB-1
10:07
385
Gürcüstanın Marneuli rayonunda 13 yaşlı azərbaycanlı yeniyetmə qız əkiz uşaq dünyaya gətirib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə ictimai fəal Samirə Bayramova məlumat yayıb.
O, körpələrdən birinin doğum evində öldüyünü, digərinin vəziyyətinin isə ağır olduğunu qeyd edib.
Samirə Bayramova APA-nın yerli bürosuna bildirib ki, 13 yaşlı qız Azərbaycan, onun ərə verildiyi şəxs isə Gürcüstan vətəndaşıdır.
Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı araşdırmaya başlayıb. Araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 16 yaşına çatmamış şəxslə cinsi əlaqədə olmanı nəzərdə tutan maddə üzrə aparılır.