Dünya bazarlarında neft ucuzlaşır İqtisadiyyat

Dünya bazarlarında neft ucuzlaşır

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin dekabr müqaviləsinin dəyəri 0,07% azalaraq 1 barelə görə 102,24 ABŞ dolları təşkil edib.

“APA- Economics”in məlumatına görə, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin noyabr ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 0,34% azalaraq 92,55 ABŞ dollarına bərabər olub.