İspaniyada leysan yağışları daşqınlara səbəb olub Dünya

İspaniyada leysan yağışları daşqınlara səbəb olub

İspaniyanın bir neçə regionuna yağan güclü yağışlar artıq daşqınlara və çoxsaylı hadisələrə gətirib çıxarıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "20 Minutos" qəzeti məlumat yayıb.

Belə ki, əlverişsiz hava şəraiti, digər yerlərlə yanaşı, Valensiya və Kataloniya muxtar qurumlarındakı yaşayış məntəqələrinə də təsir göstərib. Leysan yağışları səbəbindən yolların bəzi hissələrində hərəkət məhdudlaşdırılıb. Tarraqona əyalətinin iki rayonunun sakinlərinə daşqınlar səbəbindən evlərini tərk etməmək tövsiyə olunub. Yağıntılar həmçinin dəmir yolu əlaqəsinin müvəqqəti pozulmasına və bir neçə bələdiyyədə dərslərin ləğv olunmasına gətirib çıxarıb.

Məryəm Quliyeva