12:03
525
Ermənistan cəmiyyətində müşahidə olunan bəzi tendensiyalar Azərbaycanı narahat edir.
Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən CAMCA 2026 Regional Forumunda çıxışı zamanı deyib.
O, xüsusilə Ermənistan gəncləri arasında revanşist düşüncələrin mövcudluğunu narahatedici məqam kimi qeyd edib və Ermənistan hökumətini cəmiyyətin sülhə hazırlanması istiqamətində daha fəal çalışmağa çağırıb.
“Daha bir narahatedici məqam revanşizmin Ermənistan gəncləri arasında da yaşamasıdır. Təəssüf ki, onlar hələ də revanşizm prizmasından düşünürlər. Bu, narahatedici haldır. Buna görə də Ermənistan hökumətini öz xalqını sülhə hazırlamaq üçün çox ciddi çalışmağa çağırırıq”, - Hikmət Hacıyev bildirib.
12:33
287
12:25
343
12:24
357