10:43
371![]()
Cümə axşamı Pakistanın Karak dairəsində keçirilən birgə axtarış-zərbə əməliyyatı zamanı terrorçuların bir neçə sığınacağı məhv edilib.
Xalqcebhesi.az "Dawn" nəşrinə istinadən xəbər verir ki, bu barədə polis nümayəndəsi məlmat yayıb.
O bildirib ki, polis və Terrorla Mübarizə Şöbəsinin (CTD) əməkdaşları dairə polis rəisi İmran Xanın göstərişi ilə dağlıq ərazidə əməliyyat keçiriblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları terrorçuların ehtimal olunan iştirakı barədə məlumat aldıqdan sonra Banda Aman Kot, Qurqari və ətraf dağlıq ərazilərə yönləndiriliblər.
Əməliyyata CTD rəisinin müavini İmranuddin rəhbərlik edib. Mürəkkəb relyefə malik ərazini müşahidə etmək üçün hüquq-mühafizə orqanları pilotsuz uçuş aparatlarından (PUA) istifadə ediblər.
Əməliyyat zamanı polis şübhəli sahələri və ekstremist qrupların ehtimal olunan sığınacaqlarını yoxlayıb. Aşkar edilmiş döyüşçü bazaları yandırılaraq məhv edilib.
Polis nümayəndəsi qeyd edib ki, bu cür əməliyyatların keçirilməsi təhlükəsizlik vəziyyətini yaxşılaşdırmağa və regionda uzunmüddətli sülhü təmin etməyə yönəlib.
Məryəm Quliyeva