10:50
385
İsrail hüquq-mühafizə orqanları "Flydubai" aviaşirkətinin təyyarəsi ilə baş verən insidentə dair Səudiyyə Ərəbistanından tələb etdiyi məlumatların hamısını əldə edə bilmir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İsrail mənbələrinə istinadən "Reuters" agentliyi məlumat yayıb.
Bununla belə, İsrail xüsusi xidmət orqanları hadisə ilə bağlı öz müstəqil təhqiqatına başlayıblar. Səudiyyə Ərəbistanı hakimiyyəti isə daha əvvəl Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hüquq-mühafizə orqanları ilə birgə baş verənlərlə bağlı ilkin təhqiqat apardıqlarını bəyan etmişdi.
İsrail Nazirlər Kabinetinin nümayəndəsi Devid Menser "Fox News" telekanalına bildirib ki, təyyarənin pilotları BƏƏ-yə çatdırıldıqdan sonra İsrail hüquq-mühafizə orqanlarının əməkdaşları Əmirliklərdəki istintaq qrupuna qoşula və daha ətraflı məlumat əldə edə bilərlər.
Məryəm Quliyeva