Ukrayna müxtəlif ölkələrdən atəşkəslə bağlı dörd təklif aldığını bildirib Dünya

Ukrayna müxtəlif ölkələrdən atəşkəslə bağlı dörd təklif aldığını bildirib

Ukrayna Hindistan, Türkiyə, Misir və ABŞ-dən atəşkəsə dair dörd təklif alıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiha bəyan edib.

"Yevropeyska pravda" nəşri nazirin bu sözlərini sitat gətirir: "Bizim əlimizdə dörd təklif var. Ən geniş təklif Hindistanın təklifidir. Energetika və Qara dənizdə atəşkəs".

O bildirib ki, Türkiyə və Misir də oxşar təkliflər və atəşkəs variantları ilə çıxış ediblər. "Dördüncü təklif isə ABŞ-dən gəlib və energetika sahəsində atəşkəslə bağlıdır", - deyə nazir qeyd edib. Sibiha bu məsələnin Donald Tramp və Volodimir Zelenski arasındakı görüş zamanı müzakirə olunduğunu diqqətə çatdırıb.

Məryəm Quliyeva