Həlak olan minatəmizləyənlərin valideynləri, həyat yoldaşları və övladları üçün güzəşt müəyyənləşib
İsrail "Flydubai" insidenti ilə bağlı Səudiyyə Ərəbistanından tam məlumat ala bilmir
Prezident İlham Əliyev: Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir, Prezident çıxış edib - YENİLƏNİB-1
10:08
392
Azərbaycanda işçilərin ezamiyyətə göndərilməsi qaydalarına dəyişiklik edilib.
“APA-Economics” xəbər verir ki, bununla bağlı Maliyyə Nazirliyinin Kollegiyası qərar qəbul edib.
Dəyişikliyə əsasən, bundan sonra fiziki şəxs olan işəgötürənlər də işçilərini rəsmi qaydada ezamiyyətə göndərə biləcəklər.
Belə ki, işçinin fiziki şəxs olan işəgötürənin əmri, sərəncamı və ya qərarı ilə müəyyən müddətə başqa yerə iş tapşırığını yerinə yetirmək üçün göndərilməsi ezamiyyət hesab olunacaq.
Ezamiyyətlə bağlı sənədlərdə də artıq yalnız müəssisə və ya təşkilatın deyil, fiziki şəxs olan işəgötürənin məlumatlarının göstərilməsi nəzərdə tutulur.
Beləliklə, ezamiyyət qaydaları təkcə dövlət qurumları, müəssisə və təşkilatlarda çalışanlara deyil, fiziki şəxsin yanında əmək müqaviləsi ilə işləyən şəxslərə də şamil ediləcək.