14 İyul 15:25
Slovakiya Prezidenti Füzuli aeroportundan təyyarə ilə Bakı şəhərinə yola düşüb
Xairici ölkələrdə hərbi təhsil almaq istəyən abituriyentlər üçün "Açıq qapı" günü keçiriləcək
ABŞ Prezidenti: Körfəz ölkələri Hörmüz boğazında ödəniş tətbiqinə qarşı çıxıb
Tramp: ABŞ hərbçilərinin İraqda yerləşdirilməsinə artıq ehtiyac yoxdur
19 Oktyabr 2020 18:17
1 960
Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı yeni təcavüzü, Ermənistan silahlı qüvvələri tərəfindən mülki şəxslərin və infrastrukturların, o cümlədən münaqişə zonasından uzaqda yerləşən şəhər və rayonların atəşə tutulması, Gəncə şəhərinə edilən raket zərbələrini pisləyir.
Trend-in məlumatına görə, Pakistan Senatının Azərbaycanla dostluq qrupunun rəhbəri Talha Mahmud öz "Twitter" səhifəsində yazıb ki, Azərbaycanın Gəncə, Mingəçevir şəhərlərinin və digər yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması və açıq aydın təcavüzü qəti şəkildə qınanılmalıdır.
O vurğulayıb ki, uzun müddətdir davam edən münaqişə ölkələrin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsipi əsasında dərhal həll edilməlidir.
Avropa İttifaqının xarici xidmətinin rəsmi nümayəndəliyinin veb-səhifəsində isə bildirilir ki, Avropa İttifaqı Azərbaycanın Gəncə şəhərinə qarşı həyata keçirilmiş, mülki insanların həlak olması və yaralanması ilə nəticələnmiş hücumu pisləyir.
Qeyd olunur ki, mülki şəxslərin və obyektlərin hədəfə alınmasına son qoyulmalıdır.
14 İyul 21:59
875
14 İyul 20:36
3 493
14 İyul 20:33
805