14 İyul 15:25
Slovakiya Prezidenti Füzuli aeroportundan təyyarə ilə Bakı şəhərinə yola düşüb
Xairici ölkələrdə hərbi təhsil almaq istəyən abituriyentlər üçün "Açıq qapı" günü keçiriləcək
ABŞ Prezidenti: Körfəz ölkələri Hörmüz boğazında ödəniş tətbiqinə qarşı çıxıb
Tramp: ABŞ hərbçilərinin İraqda yerləşdirilməsinə artıq ehtiyac yoxdur
27 Oktyabr 2020 12:43
2 086.jpg)
Ermənistan dövlətinin idarəçilik mexanizmi ciddi problemlə qarşılaşıb.
Bunu Trend-ə açıqlamasında hərbi-siyasi icmalçı Ramil Məmmədli deyib. O qeyd edib ki, dövlətin hakim komandası özünü təsdiq edə bilmir: "Buna görə də komandanın əsas aparıcı qüvvəsi olan güc strukturlarının rəhbərləri bir-birinin ardınca vəzifəsindən azad edilərək yenisi ilə əvəzlənir. Ermənistan rəhbərliyi düşünür ki, onlar bu yolla yaranmış problemi həll edə biləcəklər. Əslində isə problemin başında ümumi islahatlar və islahatların həyata keçirilməsi dayanır".
Qondarma "dqr"in "müdafiə naziri"nin vəzifəsindən azad edilməsi məsələsinə gəlincə isə ekspert bildirib ki, son məlumatlara görə, həmin şəxs artıq məhv edilib: "Ermənilər bu faktı gizlətmək istəyirlər. Ona görə də həmin şəxsin sadəcə yaralandığını deyirlər. Əslində bizim üçün belə bir vəzifəli şəxs yoxdur. Çünki Azərbaycanla döyüşə girən Ermənistan ordusudur. Bu baxımdan da qondarma ərazinin "müdafiə naziri" adlı şəxsi ola bilməz. Dağlıq Qarabağın ordusu olmadığı halda onun "müdafiə naziri" də ola bilməz".
14 İyul 21:59
1 001
14 İyul 20:36
3 899
14 İyul 20:33
924