NATO Dağlıq Qarabağdakı insidentdən narahatdır Siyasət

NATO Dağlıq Qarabağdakı insidentdən narahatdır

NATO-nun baş katibi Yens Stoltenberq Dağlıq Qarabağdakı insidentdən və zorakılıqdan narahatdır. "RİA Novosti"nin verdiyi məlumata görə, bu barədə o, Haaqada NATO Parlament Assambleyasının iclasında deyib.
Baş katibin sözlərinə görə, bu onu göstərir ki, münaqişənin hərbi həll yolu ola bilməz: "Siyasi həll yoluna alternativ yoxdur".
Y.Stoltenberq vurğulayıb: "Mən NATO-nun birbaşa rolunu görmürəm, lakin danışıqlar vasitəsilə Dağlıq Qarabağda davamlı sülh üçün şərait yaratmaq məqsədi ilə Minsk prosesini dəstəkləyir".
Qeyd edək ki, noyabrın 12-də saat 13:45-də cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan SQ-yə məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.