15:31
686
İsrail rəhbərliyi oktyabrın 27-nə təyin edilmiş parlament seçkilərinədək İrana qarşı hərbi əməliyyatları bərpa etməyi planlaşdırmır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Baş nazir Binyamin Netanyahu bildirib.
"Mənim fikrimcə, bu bizim üçün əlverişli deyil", - deyə o, "Keshet 12" telekanalının Netanyahunun ABŞ Prezidenti Donald Trampı İsraildəki parlament seçkilərindən və ABŞ-də noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərindən əvvəl İrana qarşı hərbi əməliyyatları bərpa etməyə çağırması barədə məlumatına münasibət bildirərkən deyib.
Məryəm Quliyeva