13:51
742
Avropa Komissiyası 90 milyard avroluq maliyyələşdirmə proqramı çərçivəsində hərbi ödənişlər üzrə Ukraynaya 2,86 milyard avro köçürüb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının bəyanatında bildirilir.
Qeyd olunub ki, bu tranş PUA-ların, hava hücumundan müdafiə vasitələrinin, raketlərin, radarların, radioelektron mübarizə (REM) vasitələrinin və döyüş sursatlarının satınalınması üçün nəzərdə tutulub.
Məryəm Quliyeva