12:13
448
Azərbaycan dünyəvi, müstəqil və demokratik dövlətdir, ölkənin öz qanunları, xalqın isə mənəvi-əxlaqi dəyərləri və adət-ənənələri var. Məktəbli forması məsələsinə həssas yanaşılmalı, şagirdlərin təhsil müəssisələrinə vahid geyimlə gəlməsi təmin edilməlidir. Vahid məktəbli forması sosial bərabərlik baxımından əhəmiyyətlidir. Bu tələb şagirdlər arasında maddi imkan fərqlərinin qabardılmasının qarşısını almağa kömək edir.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov deyib.
O, məktəblilərin əsas məqsədinin təhsil almaq, elm öyrənmək və gələcəkdə ölkənin ictimai həyatında fəal iştirak etmək olduğunu qeyd edib. “Azərbaycan tolerant ölkədir. Ölkəmizdə heç vaxt dini münaqişələr baş verməyib. Burada müxtəlif dinlərin nümayəndələri sülh və qarşılıqlı hörmət şəraitində yaşayır. Din azaddır, kim istəsə məscidə gedə bilər, müqəddəs yerləri ziyarət edə bilər”, - deyə H.İsmayılov əlavə edib.
Xalq artisti vurğulayıb ki, Azərbaycan dünya ölkələri ilə bir səviyyədə olan bir ölkədir: “Bizə indi yaraşmaz ki, keçmişə qayıdaq, qaranlığa qayıdaq. Biz irəli getməliyik, inkişaf eləməliyik”.
12:16
490
13 Oktyabr 16:41
959
13 Oktyabr 15:32
917