Hörmüz boğazında iki gəmi mərmi hücumuna məruz qalıb Dünya

Hörmüz boğazında iki gəmi mərmi hücumuna məruz qalıb

Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) Hörmüz boğazında iki insidentin baş verdiyini bildirib.

Xalqcebhesi.az xəbər verir ki, qurumun məlumatına görə, boğaza daxil olan 50 min ton su sıxışdırma qabiliyyətinə malik konteyner gəmisi və oradan çıxan 19 min tonluq gəmi naməlum mərmilərin zərbələrinə məruz qalıb. Hər iki gəmi yüngül zədələnib, heyət üzvləri arasında xəsarət alan olmayıb. Kommersiya reysləri davam etdirilir.

Hadisələrin təfərrüatları araşdırılır. Gəmi sahiblərinə boğazdan keçərkən ehtiyatlı olmaq tövsiyə edilib.

Məryəm Quliyeva