Hörmuz boğazında konteyner gəmisi minaya düşərək batıb Gündəm

Hörmuz boğazında konteyner gəmisi minaya düşərək batıb

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmuz boğazında İran hakimiyyəti ilə razılaşdırılmamış marşrutla hərəkət etməyə cəhd göstərən konteyner gəmisinin minaya düşərək batdığını bildirib.

Xalqcebhesi.az "Mehr" agentliyinə istinadən xəbər verir ki, insident səhər saatlarında Hörmuz boğazının cənub hissəsində baş verib. Partlayışdan sonra göyərtəsində təxminən 2,5 min konteyner daşıyan gəmidə yanğın başlayıb, daha sonra isə o, suya batıb.

Gəminin heyətinin taleyi və hansı ölkəyə məxsus olduğu barədə hələlik məlumat verilmir.

Məryəm Quliyeva