13:12
399
Ukrayna Prezidenti Vladimir Zelenski "Ağ Qartal" ordeni ətrafında yaşanan qalmaqaldan sonra ilk dəfə olaraq çərşənbə günü Polşanın Jezuv hava limanından xarici səfərə yola düşüb.
Xalqcebhesi.az xəbər verir ki, məlumata görə, dövlət başçısının təyyarəsi Kiyev vaxtı ilə saat 11:00-da (Bakı vaxtı ilə 12:00) Böyük Britaniyanın paytaxtı Londona istiqamət götürüb.
Xatırladaq ki, Ukrayna ilə Polşa arasında münasibətlər mayın sonu – iyunun əvvəlində, Polşa Prezidenti Karol Navrotskinin Ukraynanın hərbi hissələrindən birinə UPA qəhrəmanlarının adının verilməsi səbəbilə Zelenskini "Ağ Qartal" ordenindən məhrum etmək qərarından sonra kəskin pisləşmişdi.
Məryəm Quliyeva
.