13:35
441
Fransada şagirdlərin davam edən etiraz aksiyaları səbəbindən 200-ə yaxın lisey bağlanacaq.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ölkənin milli təhsil naziri Eduar Jeffre məlumat verib.
"Çərşənbə günü 200-ə yaxın lisey bağlı olacaq", - deyə nazir BFMTV telekanalına müsahibəsində bildirib.
Nazir vurğulayıb ki, söhbət ölkədəki yuxarı sinif məktəblərinin 4 faizindən gedir: "Liseylərin 96 faizi açıqdır və onların fəaliyyətində heç bir problem müşahidə olunmur".
Qeyd edək ki, yuxarı sinif şagirdlərinin etirazları sentyabrın sonlarında İl-de-Frans regionunda başlayıb və hazırda bütün Fransanı əhatə edib. İştirakçılar həddindən artıq sıx dərs cədvəlinə, müəllim çatışmazlığına və təhsil sistemindəki digər problemlərə qarşı çıxırlar. Bəzi yerlərdə etirazlar iğtişaşlara və polislə toqquşmalara çevrilib. Aksiyalar başlayandan bəri hüquq-mühafizə orqanları 7 minə yaxın insanı saxlayıb ki, onların da əksəriyyəti həddi-büluğa çatmayanlardır.
Məryəm Quliyeva