İsraildə "Intel" zavodunda baş verən partlayışda üç nəfər yaralanıb Dünya

İsraildə "Intel" zavodunda baş verən partlayışda üç nəfər yaralanıb

İsrailin cənubundakı Kiryat-Qat şəhərində Amerikanın "Intel" korporasiyasına məxsus zavodda baş verən partlayış nəticəsində üç nəfər xəsarət alıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Ynet" portalı məlumat yayıb.

Məlumata görə, binanın üzərində qara tüstü görünür, hadisə yerində isə təhlükəli maddələrlə iş üzrə mütəxəssislər də daxil olmaqla səkkiz yanğınsöndürmə briqadası çalışır.

Portal qeyd edir ki, xəsarət alan üç nəfər müalicə olunmaq üçün xəstəxanaya çatdırılıb.

Məryəm Quliyeva