Çempionlar Liqası: “Sabah” ən intizamlı komandalar, Pokatilov ən yaxşı qapıçılar arasında ikincidir İdman

Çempionlar Liqası: “Sabah” ən intizamlı komandalar, Pokatilov ən yaxşı qapıçılar arasında ikincidir

“Sabah”ın qapıçısı Stas Pokatilov UEFA Çempoionlar Liqasının əsas mərhələsində ən çox seyv edən ikinci qolkiperdir.

AZƏRTAC UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qazaxıstanlı oyunçu liqa mərhələsinin ilk 2 turunda ümumilikdə 11 qurtarış edib.

Birinci yerdə 14 seyvlə Belçikanın “Brügge” komandasının qapıçısı Yan Zommer qərarlaşıb. Üçüncü pillədə isə İtaliya “İnter”inin qapısını qoruyan Xosep Martines yer alıb – 10 qurtarış.

Azərbaycan çempionu, həmçinin Çempionlar Liqasının əsas mərhələsində ən intizamlı 2-ci komandadır. “Sabah”ın futbolçuları geridə qalan 2 görüşdə ümumilikdə 28 dəfə qayda pozuntusuna yol veriblər. Bunların 4-ü sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, ilk turda İngiltərədə “Mançester Yunayted”ə 0:4 hesabı ilə uduzan “Sabah” II turda Bakıda Çexiyanın “Slaviya Praqa” komandası üzərində qələbə qazanıb – 2:0.