FHN Sumqayıt Regional Mərkəzində “açıq qapı günü” keçirildi - FOTO/VİDEO Cəmiyyət

FHN Sumqayıt Regional Mərkəzində “açıq qapı günü” keçirildi - FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzində gənclərin iştirakı ilə “Beynəlxalq Fəlakət Riskinin Azaldılması Günü” ilə əlaqədar “açıq qapı günü” keçirilib.

Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, tədbirin keçirilməsində məqsəd təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə gənclərə müvafiq biliklərin aşılanması olub.

Tədbirdə Sumqayıt Regional Mərkəzinin və FHN-in regionda fəaliyyət göstərən digər qurumlarının, Gənclər və İdman Nazirliyi Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin əməkdaşları, Sumqayıt Dövlət Universitetinin, Bakı Mühəndislik Universitetinin və Xidmət sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin nümayəndələri, şəhərdə fəaliyyət göstərən idarə və təşkilatların gənc mütəxəssisləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev və Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin rəisi Telman Kərimov çıxış edərək dövlət tərəfindən gənclərə göstərilən yüksək diqqət və qayğının əhəmiyyətindən bəhs edib, onların vətənpərvərlik ruhunda yetişdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən danışıblar. Natiqlər, həmçinin gənclərin fövqəladə hallar zamanı davranış qaydaları ilə bağlı zəruri bilik və bacarıqlara yiyələnməsinin vacibliyini vurğulayıblar.

Tədbirin nəzəri hissəsində Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri barədə məlumat verilib, zəruri davranış qaydaları izah olunub.

“Açıq qapı günü”ndə gənclərə FHN-in Sumqayıt Regional Mərkəzinin və digər yerli qurumlarının xüsusi texnika və avadanlıqları təqdim olunub, xilasedicilərin gündəlik iş fəaliyyəti barədə məlumat verilib, suallar cavablandırılıb

Tədbir çərçivəsində, həmçinin gənclər üçün viktorina təşkil edilib, qaliblərə fəxri fərmanlar təqdim olunub.

Tədbir iştirakçıları Regional Mərkəzdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotosərgi, eləcə də uşaqların əl işlərindən ibarət sərgi ilə də tanış olublar.

Medial

Medial

Medial

Medial

Medial

Medial

Medial

Medial

Medial

Medial

Medial