19 İyun 19:42
19 İyun 18:39
24 Noyabr 2020 13:23
1 967
Bu ilin ilk doqquz ayında Rusiya ilə Türkiyə arasındakı ikitərəfli ticarət dövriyyəsi 14 mlrd. ABŞ dollar təşkil edib.
"APA-Economics" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"Pandemiyaya baxmayaraq, bu ilin ilk 9 ayında Rusiya Federasiyası ilə ikitərəfli ticarət dövriyyəsinin həcmi 14 mlrd. dollar təşkil edib, qəbul etdiyimiz rusiyalı turistlərin sayı isə oktyabrda 1,9 milyona çatıb. Bu, ikitərəfli münasibətlərin səviyyəsinin göstəricisidir", - deyə M. Çavuşoğlu qeyd edib.
Nazirin sözlərinə görə, Rusiya ilə münasibətlər Türkiyənin xarici siyasətinin vacib tərəfidir: "8 yanvarda açdığımız "Türk axını" qaz kəməri və 2023-cü ildə istismara verməyi hədəflədiyimiz "Akkuyu" nüvə elektrik stansiyası kimi layihələr ikitərəfli əlaqələrin əsas brendləridir".
19 İyun 21:29
1 316
19 İyun 21:15
1 477
19 İyun 16:31
1 463