14 Yanvar 2021 17:56
2 387
Ermənistan Azərbaycanın tarixi-dini, mədəniyyət abidələrinə münasibətdə konkret bir siyasət həyata keçirib.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin müavini Gündüz İsmayılov bildirib.
Onun sözlərinə görə, bu siyasətin mahiyyəti ilk növbədə bizim izlərimizi oradan silməkdir:
“Bunun üçün onlar üç istiqamətdə iş aparıblar. Birincisi, İslam məbədlərini, məscidləri, ziyarətgahları dağıdıblar. İkincisi, İslam məbədlərini başqa xalqın mədəniyyətinin nümunəsi kimi təqdim edib, yəni özgəninkiləşdiriblər.
Üçüncü istiqamət isə alban məbədlərinə olan münasibət idi ki, burada isə onların siyasətinin mahiyyəti özününküləşdirmək xarakteri daşıyırdı”.
G.İsmayılov onu da bildirib ki, işğal altında olan 128 alban məbədinin demək olar ki, hamısı, o cümlədən Xudavəng məbədi, Laçındakı Ağaoğlan məbədi, Ağdərədəki Gəncəsər məbədi və Xocavənd rayonundakı Amasar kilsəsi erməni qriqoryan kilsəsinə çevrilib.
18 İyul 19:24
1 673
18 İyul 19:23
1 624
17 İyul 21:31
2 527