Radikalların bələdiyyə seçkilərin imtina səbəbi Siyasət

Radikalların bələdiyyə seçkilərin imtina səbəbi

Niyaməddin Orduxanlı: "Onların yerlərdə kifayət qədər namizədi olmayacaq"

Əli Orucov: "Radikal müxalifət partiyaları bu məsələyə də qeyri konstruktiv yanaşır"

Bu gün bələdiyyə seçkiləridir. Hakim partiya ilə yanaşı seçkilərə əksər müxalif partiyalar qatılsa da radikal müxalifət ənənvi addımını atdı və seçkilərə qatılmadı. Bunun səbəbi nədir və radikal ümxalifət bununla nə qazanır?
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyamməddin Orduxanlı ded ki, bələdiyyə seçkiləri həm də o deməkdir ki, partiya kütləvi şəkildə namizədlə iştirak etməlidir: "Hal-hazırda bir partiyanın namizəd irəli sürməsi üçün yüzlərlə partiya üzvünün namizədliyini irəli sürməlidir. BAXCP-nin yüzlərlə namizədi irəli sütülüb. Radikal müxalifət bələdiyyə seçkilərindən ona görə imtina etdi ki, bunların yerlərdə kifayət qədər namizədi olmayacaq. Başqa heç bir səbəb yoxdur. Özlərini biabrı etməmək üçün bu yolu seçdilər. Kimdir Əli Kərimlinin partiyasından namizəd olan?! Əli Kərimlinin yanında kim qalıb? Baxın onun ətrafında olan adamlara, Elçibəyin zamanında fəaliyyət göstərən, nəinki partiya rəhbərliyində olan şəxslər, o cümlədən Rəyasət Heyətinin bütün üzvləri Əli Kərimlini tərk edib, həmçinin də rayon şöbəl sədrləri, yerli siravı üzvülər də onu tərk ediblər. Radikal siyasi düşərgə bu baxımdan seçki də iştirak etmədi. Və Azərbaycan xalqınını vətəndaşı radikal müxalifətin namizədi olmaqdan imtina etdi...".
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) funksioneri Əli Orucov bildirib ki, radikal siyasi partiyalar digər məsələlərdə olduğu kimi, bələdiyyə seçkilərinə də yox deyir, hər şeyi pisləyir: "Təbii ki, bu da düzgün yol deyil". Onun sözlərinə görə, konstruktiv müxalifət partiyaları seçkilər öncəsi təbliğat-təşviqat kampaniyasında iştirak ediblər: "Ancaq radikal müxalifət partiyaları bu məsələyə də qeyri konstruktiv yanaşır, hər şeyə yox deyir, hər şeyi pisləyir. Digər qurum isə məsələlərə daha demokratik, konstruktiv yanaşır və hər şeyi olduğu kimi qeyd edir".
Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib ki, radikal müxalifətin bələdiyyə seçkilərində iştirak etməməsinin iki səbəbi var: "Bələdiyyə seçkiləri böyük seçkidir. Bu seçkilərdə 15 mindən artıq fəal insanın namizədilyi irəli sürülməlidir. Onlar əhali tərəfindən tanınmalı, imza toplayıb qeydiyyatdan keçməlidir. Radikal müxalifətin isə belə potensialı yoxdur. Bu potensial, sosial baza, eloktorat olmadığı üçün onlar çalışırlar ki, seçki prosesinə kölgə salsınlar, guya bələdiyyələrin səlahiyyətləri yoxdur"..
Siyavuş Novruzov bildirib ki, hər hansı siyasi partiyanın yerli strukturlarının möhkəmlənməsi, formalaşması, əhali arasında nüfuzun artması üçün bələdiyyə seçkiləri ən vacib seçkilərdir. Nəzərə alsaq ki, gələn il parlament seçkiləri keçiriləcək, bələdiyyə seçkilərində iştirak hər bir partiya üçün sınaq ola bilər. Onun fikrincə, proseslər onu göstərir ki, müxalifət düşərgəsinin potensalı yoxdur.
"İkinci səbəb ondan ibarətdir ki, müxalifət partiyalarının daxilində çox ciddi qarşıdurmalar mövcuddur. Həm "Müsavat", həm də AXCP-də gərginlik var. Həmin partiyalar parçalanmaq ərəfəsindədir. "Müsavat"ın qurultayında keçirilən qeyri-obyektiv seçkilər üzvlərin etirazına səbəb olub. Onlar ədalətli seçkilər tələb edir, yaxud da alternativ Müsavat Partiyası yarada bilərlər. Acınacaqlı durum AXCP-də də hökm sürür. Görürlər ki, bu partiya xalqın maraqlarına deyil, xarici qüvvələrin, erməni lobbisinin maraqlarına xidmət edir, antiazərbaycançı fəaliyyət göstərir. AXCP-də az-çox öz dövlətini istəyən insanlar partiya sıralarını tərk edirlər. Bu partiyalar öz daxili problemlərini həll edib başa çatdıra bilməyiblər ki, bələdiyə seçkilərinə də qoşulsunlar"- deyə, YAP İcra katibinin müavini vurğulayıb.

Əli