Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Almaniyanın Azərbaycana qarşı növbəti qərəzi - "Bu, ən böyük riyakarlıqdır" - ŞƏRH

Almaniyanın Azərbaycana qarşı növbəti qərəzi - "Bu, ən böyük riyakarlıqdır" - ŞƏRH Siyasət

Almaniyanın Azərbaycana qarşı növbəti qərəzi - "Bu, ən böyük riyakarlıqdır" - ŞƏRH

AŞ PA-nın yaz sessiyasında azərbaycanlı nümayəndə Rəfael Hüsseynov Ermənistan tərəfindən Azərbaycanın azad olunmuş torpaqlarını minalaması, mina xəritələrini təqdim etməməsi və dinc insanların minalara düşərək dünyasını dəyişməsi və ya yaralanması ilə bağlı Almaniyanın xarici işlər naziri Mixael Rota sual ünvanlayıb. Almaniyalı nazir isə Azərbaycan nümayəndəsinin sualına əhəmiyyət verməyərək, əvəzində Azərbaycanın Ermənistanın iddia etdiyi “əsirləri” geri qaytarmasını tələb edib.

Almaniyanın Azərbaycana qarşı qərəzini Trend-ə şərh edən politoloq Natiq Miri bildirib ki, bu məsələdə beynəlxalq təşkilatların və ayrı-ayrı ölkələrin ortaya qoyduğu mövqe əvvəla onların özləri üçün ciddi bir sınaq imtahanıdır. Çünki ortada beynəlxalq hüquq və beynəlxalq humanitar konvensiyalar var:

“Bu prinsiplərə hər zaman riayət etdiklərini iddia edən ölkələr çox maraqlıdır ki, müsəlman Azərbaycanın 44 günlük Vətən Müharibəsində qələbəsini və bundan doğan nəticələri heç cür həzm edə bilmirlər. Bu onu göstərir ki, həmin təşkilat və ölkələr yalnız görüntü xarakterli və geosiyasi maraqlarına uyğun gəldiyi təqdirdə özlərini göstərə bilirlər. Çox maraqlıdır ki, bu gün minalanmış ərazilərin xəritəsini verməyən Ermənistanın bu hədsiz davranışları müqabilində onlarla mülki şəxs həlak olur. Bu hadisələr beynəlxalq aləmin, xüsusən də Almaniya kimi ölkələrin gözü qarşısında baş verir. Əslində, bu, təkcə siyasi məsələ deyil, bunun həm də çox ciddi əxlaq tərəfi var. İslam dünyasını, türkləri xristian dünyasından fərqləndirən əsas cəhət bilirsiniz nədir? Məsələn, bizdə elm hikmətdir. Ancaq Qərbdə elm gücdür. Lakin güc ədalətdən bəsləndiyi təqdirdə gücdür. Çox maraqlıdır ki, Qərbdə belə deyil, bir terrorçunu məhv etmək üçün onlarla mülki şəxsi də onun gözünə qataraq bombardman edirlər. Bir də Azərbaycan və Türkiyənin nöqtə atışlı hərbi əməliyyatlarına baxın. Görün, bombardman nəticəsində bir məsum insanın belə burnu qanayırmı? Bizi onlardan fərqləndirən əsas cəhət bax budur”.

Politoloq əlavə edib ki, bu gün Qərb dünyası təkcə siyasi və geosiyasi deyil, həm də əxlaqını ortaya qoyub. Bu gün Ermənistan xristian dövlət olduğu üçün Azərbaycanın qələbəsini heç cür həzm edə bilmirlər:

“Bu qərəz həm də ondan qaynaqlanır ki, Almaniya və Fransa kimi ölkələr Qarabağın bərpa prosesinə dəvət almayıblar. Vətən müharibəsi dövründə İtaliya kimi dövlət Azərbaycana öz dəstəyini ifadə etdi. Nəticə etibarı ilə bu gün İtaliya Qarabağın bərpa prosesində bilavasitə iştirak edir. Bu məslədə ədalərtli davranan digər ölkələr də prosesə cəlb olunublar. BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qəbul etdirilməsi istənilən qətnaməyə veto qoyan Böyük Britanbiya kimi bir dövlət bu gün Qarabağın bərpa prosesində iştirak edir. Niyə? Çünki onlar bu məsələdə ən azından mənəvi haqq qazandılar. Amma bilirsiniz ki, müharibə dövründə Almaniya çox ifrat mövqe nümayiş etdirməklə Ermənistanı əzilən, Azərbaycanı isə işğalçı tərəf kimi təqdim etmək istədi. Bu səbəblərdən bu gün AŞ PA sessiyasında Qərbin, xüsusən də Almaniya və Fransa kimi ölkələrin nümayəndələri Azərbaycana qarşı qərəzli davranır”.

N.Miri onu da qeyd etdi ki, strateji məsələlərdə ədalətli davranmayan ölkələr heç bir dövlətdən insan haqları kimi məsələləri tələb edə bilməz:

“Bu, ən böyük riyakarlıqdır. Çünki beynəlxalq hüquq ortadadır və bu hüquq, əslində Azərbaycanı müdafiə edir. Qərb bütün bunları gözardı edirsə, bu, onların əxlaqının nə qədər aşındığını, deqradasiyaya uğradığını göstərir”.