Haqq səsimizin dünyaya çatdırılmasında media böyük önəmə sahibir - Türkiyə səfiri Siyasət

Haqq səsimizin dünyaya çatdırılmasında media böyük önəmə sahibir - Türkiyə səfiri

Haqq səsimizin dünyaya çatdırılmasında media böyük önəmə sahibir.

Trend-in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bu gün Trend İnformasiya Agentliyi və Türkiyənin “Albayrak Media Group”la birgə yaradılan TURKİC.World (Türk Dünyası) adlı ilk rəqəmsal layihənin təqdimat mərasimində çıxışı zaman deyib.

Səfir bildirib ki, Qarabağda gedən mücadilə zamanı həqiqətlərin dünyaya çatrılmasında media mühüm rol oynadı.

C.Bağçı vurğulayıb ki, Türkiyə və Azərbaycan arasında inanılmaz bir qardaşlıq var: “Qarabağ zəfərində Türkiyə ilə Azərbaycan arasında qardaşlıq, “bir millət, iki dövlət” vurğusu daha da önə çıxdı. Biz bundan sonra bu qardaşlığı, münasibətləri inkişaf etdirməliyik və media da burada ən önəmli bir vasitədir. Trend İnformasiya Agentliyi və “Albayrak Media Group” tərəfindən yaradılan bu platforma böyük əhəmiyyətə malikdir. Siz birlikdə gözəl bir iş görürsünüz və bu, inkişafımız üçün yol xəriəsinə mühüm töhfə verəcək. Biz də bu istiqamətdə sizə dəstək göstəməyə hazırıq. Sizi bu münasibətlə təbrik edirəm”.