SEPAH: İran ABŞ-nin İordaniyadakı bazasına raket və PUA-larla hücum edib Dünya

SEPAH: İran ABŞ-nin İordaniyadakı bazasına raket və PUA-larla hücum edib

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH — İran Silahlı Qüvvələrinin elit bölmələri) ABŞ-nin İordaniyadakı aviabazasına raketlər və pilotsuz uçuş aparatları (PUA) vasitəsilə uğurlu zərbələr endirdiyini xəbər verib.

Xalqcebhesi.az xəbər verir ki, zərbə nəticəsində sursat anbarları və yanacaq çənləri alışıb.

SEPAH vurğulayıb ki, İordaniyaya endirilən zərbələr hazırda davam edən "qisas əməliyyatı"nın yalnız ilk mərhələsidir.

Məryəm Quliyeva