ABŞ-ın İrana zərbələri nəticəsində bir nəfər həlak olub Dünya

ABŞ-ın İrana zərbələri nəticəsində bir nəfər həlak olub

ABŞ Silahlı Qüvvələrinin İslam Respublikasının qərbindəki Xuzistan əyalətinə endirdiyi zərbələr nəticəsində ən azı bir nəfər həlak olub, daha dörd nəfər isə yaralanıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "IRNA" agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, mərmi nasos stansiyasına düşüb və nəticədə obyektin mühafizəçisi həyatını itirib. Xilasetmə xidmətləri yaralıların vəziyyətini nəzarətdə saxlayır.

Məryəm Quliyeva