19:05
588
İranın Fars Körfəzinə Nəzarət İdarəsi (PGSA) və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH — İran Silahlı Qüvvələrinin elit bölmələri) Hərbi Dəniz Qüvvələri akvatoriyada vəziyyətin gərginləşməsi ilə əlaqədar Hörmüz boğazından gəmilərin tranzitinin tamamilə dayandırıldığını bəyan ediblər.
Xalqcebhesi.az xəbər verir ki, bu narədə PGSA-nın "X" sosial şəbəkəsindəki bəyanatında bildirilib.
"Bununla bildiririk ki, ABŞ silahlı qüvvələrinin regiondakı son qanunsuz hərəkətləri səbəbindən hazırda Hörmüz boğazından keçid qeyri-mümkündür. Vəziyyət stabilləşən və sabitlik bərpa olunan kimi, bütün müraciətlərə növbəlik qaydasında baxılacaq və lazımi icazələr veriləcək", — deyd edib.
SEPAH-ın Hərbi Dəniz Qüvvələri isə öz növbəsində elan edib ki, Hörmüz boğazı ötən axşamdan etibarən bağlanıb və İran rəsmiləri onun açılması barədə qərar qəbul edənədək oradan keçid qeyri-mümkündür. Korpus əlavə edib ki, akvatoriyadan keçməyə cəhd edən istənilən gəmi özünü təhlükəyə atmış olacaq.