19:01
686
Amerika Birləşmiş Ştatları və İran İslam Respublikasının nüvə proqramı üzrə texniki danışıqlar aparmağa davam edir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts bəyan edib.
"Qeyd etmək yerinə düşər ki, ABŞ Prezidenti Donald Trampın ən çox diqqət yetirdiyi nüvə proqramı üzrə texniki danışıqlar — yoxlamalar, zənginləşdirilmiş uranla bağlı növbəti addımlar və zənginləşdirmə proqramı məsələləri ətrafında davam edir", — deyə o, "Fox News" telekanalının efirində bildirib.