Asif Əli Zərdari Zəfər Günü münasibətilə Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
Kəmaləddin Heydərov Belarusun fövqəladə hallar naziri Vadim Sinyavski ilə görüşüb
Səudiyyə Ərəbistanı Kralı Prezident İlham Əliyevi təbrik edib
Prezident və birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - YENİLƏNİB
Tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi mexanizmi müəyyənləşib
12 İyul 14:06
3 346
Səudiyyə Ərəbistanı, Küveyt və Oman İranın onların ərazilərinə, eləcə də qonşu ərəb ölkələrinə endirdiyi zərbələri qətiyyətlə pislədiklərini bəyan ediblər.
Xalqcebhesi.az -ın məlumatına görə, Küveyt XİN-in vurğuladığı kimi, İranın hücumları "düşmənçilik yanaşmasını" əks etdirir və "Küveyt Dövlətinin suverenliyi ilə ərazi bütövlüyünün ciddi şəkildə pozulması" deməkdir.
Öz növbəsində, Səudiyyə Ərəbistanı XİN İranın Küveyt, Bəhreyn, Qətər, BƏƏ, Oman və İordaniyaya hücumlarını pisləyib, "İranın bu qardaş ölkələrin suverenliyini pozmasını və regionun təhlükəsizliyinə, sabitliyinə yönəlmiş davamlı təhdidlərini tamamilə rədd etdiyini" təsdiqləyib. Xarici siyasət idarəsinin bəyanatına əsasən, Ər-Riyad "İranın regiondakı sabitliyi pozan davranışını, beynəlxalq hüquq prinsiplərini pozmasını", habelə naviqasiya təhlükəsizliyinə və azadlığına təhlükə yaradan ticarət gəmilərinə təkrar hücumlarını pisləyir.
Oman İnformasiya Agentliyi isə öz tərəfindən vurğulayıb ki, Oman "bu növ insidentlərin qarşısını almaq üçün bütün zəruri tədbirləri görür". Məlumata görə, İran iyulun 12-də sultanlığın şimalındakı Musəndəm mühafizəsinə (əyalətinə) pilotsuz uçuş aparatları ilə zərbələr endirib.
İyulun 12-də Bəhreyn, Qətər, Küveyt və BƏƏ İrandan gələn hava hücumlarının qarşısının alındığını xəbər veriblər. Qətər DİN-in bəyanatına görə, vurulan raketlərin qalıqlarının düşməsi nəticəsində biri uşaq olmaqla üç nəfər xəsarət alıb.