ABŞ İrana qarşı növbəti zərbələr seriyasını başa çatdırıb Gündəm

ABŞ İrana qarşı növbəti zərbələr seriyasını başa çatdırıb

ABŞ hərbçiləri İrandakı hədəflərə zərbələr endirilməsini başa çatdırıb, hücum zamanı onlarla hədəf vurulub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bəyanat yayıb.

Komandanlığın "X" sosial şəbəkəsindəki məlumatında deyilir: "CENTCOM, İranın Hörmüz boğazından keçən beynəlxalq gəmiçiliyə hücumlarını davam etdirmək imkanlarını zəiflətmək məqsədilə bir neçə məkanda onlarla hədəfi yüksək dəqiqlikli sursatlarla vuraraq, İrana qarşı yeni hücum zərbələri dalğasını başa çatdırıb".

Qeyd olunur ki, zərbələr zamanı ABŞ Silahlı Qüvvələri qırıcılar, gəmilər və dronların köməyi ilə İslam Respublikasının hava hücumundan müdafiə (HHM) sistemlərini, sahil radarlarını, həmçinin katerlərini sıradan çıxarıb.

Məryəm Quliyeva