11 İyul 18:36
13:07
630
Azərbaycanın sərbəst güləşçisi Hacı Kərimov Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-20 Avropa çempionatında qızıl medal qazanıb.
Bu barədə Azərbaycan Güləş Federasiyasından məlumat verilib.
Bildirilib ki, 70 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda fransa təmsilçisi Bayssanqur Bitmurzayevlə qarşılaşıb.
Rəqibinə heç bir şans verməyən həmyerlimiz vaxtından əvvəl 10:0 hesablı qələbə ilə qitə çempionu olub.
10:24
833
11 İyul 20:37
1 694
11 İyul 19:52
1 561