ABŞ ordusu İranın 13 şəhərinə hava zərbələri endirib Gündəm

ABŞ ordusu İranın 13 şəhərinə hava zərbələri endirib

ABŞ Silahlı Qüvvələri İslam Respublikasına qarşı yönəlmiş yeni zərbə dalğası çərçivəsində İranın ən azı 13 şəhərinə zərbələr endirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "NourNews" agentliyi məlumat yayıb.

Məlumata görə, Abadan, Əhvaz, Bəndər-Abbas, Bəndər-Mahşəhr, Behbehan, Buşəhr, Cask, Dizful, Qeşm, Sirik, Xondab, Xorrəmşəhr və Əndimeşk şəhərləri zərbələrə məruz qalıb.

Hava zərbələri nəticəsində zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Məryəm Quliyeva